Adaptiv optika

Astronomik teleskopda dalğa cəbhəsinin təhriflərinin korreksiyası üçün deformasiya olunan güzgüdən istifadə etmək olar.

Adaptiv optika — idarəolunan optik elementlərdən istifadə etməklə qeyri-bircins mühitdə işığın yayılması nəticəsində yaranan qeyri-müntəzəm təhriflərin aradan qaldırılması üsullarını öyrənən optika bölməsi. Adaptiv korreksiyanın məqsədi optik cihazların ayırdetmə qabiliyyətini yüksəltmək, qəbuledicidə şüalanmanın konsentrasiyasını artırmaq, işıq dəstəsini hədəfə maksimal dərəcədə iti fokuslamaq və ya şüalanmanın intensivliyinin verilən paylanmasını almaqdır.

Adaptiv optik sistemin təsviri (sadələşdirilmiş). İşıq əvvəlcə maili (TT) güzgüyə, sonra dalğa cəbhəsini korreksiya edən deformasiya olunan güzgüyə (DM) dəyir. İşığın bir hissəsi şüaayırıcı (BS) tərəfindən dalğa cəbhəsi sensoruna, DM və TT güzgülərinə yenilənmiş siqnallar göndərən idarəetmə aparatına ötürülür.
Bir rəssamın adaptiv optika ilə bağlı təəssüratı.

Adaptiv optika yerüstü astronomik teleskoplarda, optik rabitə sistemlərində, lazer texnologiyasında, oftalmologiyada, mikroskopiyada və s. istifadə olunur ki, bu da müvafiq olaraq atmosfer təhriflərini, optik sistemlərin aberasiyalarını kompensasiya etməyə imkan verir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search